Dr.Rəna Qasımova COVID-19 xəstəliyini keçirmiş insan təkrar bu virusa yoluxa bilərmi? sualını cavablandırıb

Dr.Rəna Qasımova “COVID-19 xəstəliyini keçirmiş insan təkrar bu virusa yoluxa bilərmi?” sualını cavablandırıb

  instaqram AZpress.AZ

  facebook

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Dr.Rəna Qasımova “COVID-19 xəstəliyini keçirmiş insan təkrar bu virusa yoluxa bilərmi?” sualını cavablandırıb.


COVID-19 xəstəliyini keçirən insanlarda adətən bir arxayınlıq yaranır ki, bir daha bu xəstəliyə yoluxmayacaqlar. Amma təəssüflər olsun ki, bu, belə deyil. İnsanların ikinci dəfə koronavirusa yoluxma halları qeydə alınıb. Bəs təkrar yoluxanlar bu xəstəliyi necə keçirirlər?


Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, COVID infeksiyasına yoluxmuş insanlarda xəstəlik zamanı yaranan anticisimlərin qoruyuculuq müddəti müvəqqətidir. Birinci dəfə yoluxduqdan sonra əmələ gəlmiş bu anticisimlər bir müddət sonra neqativləşir, başqa sözlə, qoruyuculuq qabiliyyətini itirir və insan təkrar koronavirusa yoluxa bilir.


Peyvənd vurduran insanlar da arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər: tibbi maska taxılmalı, əllər tez-tez yuyulmalı və yaxud spirtlə silinməli, ara məsafə saxlanmalıdır, insanların sıx olduğu kütləvi tədbirlərdə mümkün qədər iştirak etməmək zəruridir.


Koronavirusa təkrar yoluxma təhlükəlidirmi? İkinci dəfə yoluxan insanlar bu xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olan insanlar, xüsusilə də yaşlı və əvvəllər koronavirusa yoluxmamış insanlar üçün təhlükə yaradırlar.


Bu vaxta qədər COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə vaksinasiya hesab olunur. Bununla bərabər, insanın güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə də, peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]