Masallıda İctimai Şuraya Seçki keçirildi - (AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=3)

Masallıda İctimai Şuraya Seçki keçirildi - (AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=3)

7 may 2021-ci il tarixdə saat 10:00-dan 15:00-dək Masallı rayon Heydər Əliyev Mərkəzinin böyük iclas zalında İctimai Şuranın Seçki Komissiyasının müşahidəsi ilə Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib.

Seçici kimi qeydə alınmış 29 təmsilçidən 25-i səsvermədə iştirak edib.
Seçki yekunlaşdıqdan sonra Komissiya tərəfindən səsvermənin ümumi nəticələri açıqlanıb və seçki Protokolu tərtib olunub.
Seçkinin yekunlarına əsasən, seçkidə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış aşağıda adları qeyd edilən 9 nəfər İctimai Şuranın tərkibini formalaşdırıb:

1. Mehdiyev Əyyub Məmməd oğlu - Masallı rayon Ağsaqqallar Şurası
2. Rəsulova Solmaz Əlibaba qızı - Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı
3. Məmmədov Cəmil Kamil oğlu - Azərbaycan Vətən Müharibəsi Veteranları birliyi
4. Şükürov Əlihüseyn Məmmədhüseyn oğlu - Azərbaycan Jurnalistlər birliyi
5. Eyvazov Səfail Qurban oğlu - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı rayon komitəsi
6. Xəlilov Vafiq Natiq oğlu - Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC
7. İbrahimli Daməd Arif oğlu - Ərkivan qəsəbə bələdiyyəsi məhəllə komitəsi
8. Əsgərova Ziba Oğlan qızı - Viləş kənd bələdiyyəsi məhəllə komitəsi
9. Lələyev Mərhəmət Ataxan oğlu - Hişkədərə kənd bələdiyyəsi məhəllə komitəsi

Seçki komissiyası tərəfindən seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən 20 (iyirmi) gün müddətində ilk iclasını keçirməklə ictimai şura fəaliyyətə başlayır.

ƏLİHÜSEYN ŞÜKÜROV. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]