ADPU-da Heydər Əliyev: elm, təhsil və mədəniyyətin himayədarı Respublika elmi konfransı keçirilib -FOTO

ADPU-da “Heydər Əliyev: elm, təhsil və mədəniyyətin himayədarı”Respublika elmi konfransı keçirilib -FOTO

Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)“Microsoft Teams” platforması üzərindən “Heydər Əliyev: elm, təhsil və mədəniyyətin himayədarı”Respublika elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru,professor Cəfər Cəfərov iştirakçıları salamlayaraq bildirib ki, Respublika elmi konfransı Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunub. Rektor öz çıxışında H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə elm və təhsilin inkişafında yaşanan böyük irəliləyişlərdən, müəllim hazırlığındakı yeni mərhələdən, azərbaycanlı tələbələrin ittifaq ölkələrində təhsil almağa göndərilməsi, ölkədə ali təhsil müəssisələrinin sayının artırılması və Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi, mədəni irsimizin dünyada təbliği, Kitabi Dədə-Qorqudun 1300 illiyi, Füzulinin anadan olmasının 500 illik yubileyinin keçirilməsi, mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısından söz açaraq ADPU-da müəllim hazırlığı işinin Ulu öndərin vəsiyyətlərinə uyğun uğurla aparıldığını qeyd edib.
Daha sonra məruzələr dinlənilib.

DPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov“Heydər Əliyevin Azərbaycanda yüksək mədəniyyətli insanların formalaşmasında rolu” mövzusunda, ADPU-nun Riyazi analiz kafedrasının professoru Məlikməmməd Cəbrayılov isə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda ətraflı məruzələr ediblər. Məruzələrdə Ulu öndərin ADPU-nun 50 və 60 illik yubileylərindəki şəxsən iştirak etməsindən, ümumən ötən əsrin 70-80-ci illərində Azərbaycanda elmi-pedaqoji potensialın əhəmiyyətli dərəcədə artmasından söhbət açılıb.

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov və ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov məruzələr ətrafında öz fikirlərini bölüşüblər. Konfrans işini müzakirələrlə davam etdirib.


Konfransda professor-müəllim heyəti, doktorantlar və tələbələr iştirak edib.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]