Şuşa illərdir ötürdüyümüz köksün sədaları artıq qələbə nəğməsidir...!

Şuşa illərdir ötürdüyümüz köksün sədaları artıq qələbə nəğməsidir...!

Şuşa...İllərdir ötürdüyümüz köksün sədaları qan qoxulu payız günündə Uca Yaradana qovuşub bizi sevindirdi. İllərdir alışan Şuşa həsrətimiz və qaranlıq may səhərlərimiz sözün əsl mənasında bahara çevrildi.


Bəli, artıq Şuşa həm sözdə, həm də əməldə bizimdir! Artıq, biz Şuşasız deyilik!


Müzəffər Ali Baş Komandanımızın və Qəhrəman Azərbaycan Ordusunun qətiyyəti, misilsiz vətənpərvərliyi və ağlasığmaz döyüş əzmi ilə...!


Bəli, biz artıq bütöv Azərbaycanın övladlarıyıq! Qarabağlı Azərbaycanın, Şuşalı Azərbaycanın...!


Ölkəmizin bənzərsiz mədəniyyətini uğurla və layiqincə dünyada təbliğ edən Cənab Prezident və Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə artıq "Cıdır düzü" öz musiqisinə və sevənlərinə qovuşacaq.


İllərdir hüzn nəğmələri oxuyan "Topxana" meşəsi artıq öz xalqının sevinc dolu nəğmələrini və gülüşlərini eşidəcək!


Bülbül səsli Bülbül, dahi Üzeyir bəy və qələmi əsrlərdir Qarabağda əsən Natəvan xanım bizi qürurla səmalardan izləyəcəkdir!


Bu gözəl mayı və qələbə dolu günləri bizə yaşadan Cənab Ali Baş Komandana və əsrarəngiz Azərbaycan Ordusuna Sonsuz təşəkkür edirəm!


UCA YARADAN xalqımızı və dövlətimizi qorusun!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]