İsmayıllıda rayon rəhbəri şəhid ailələrini ziyarət edib - FOTO

İsmayıllıda rayon rəhbəri şəhid ailələrini ziyarət edib - FOTO

İsmayıllıda rayon rəhbəri  polis şöbəsinin rəisi ilə birlikdə şəhid ailələrini ziyarət edib. Rayon rəhbəri rayonun səlahiyyətli şəxsləri ilə birlikdə ilk olaraq şəhid Məmmədli Cəmilin ailəsini ziyarət  edib. Ailə ilə səmimi söhbət edib və onların problemləri ilə maraqlanıb. Şəhid üçün ayrılmış guşəyə baxış keçirib.

Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı şəhərində anadan olub. Orta məktəbi  və ali təhsilini Baki şəhərində  alan Cəmil təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edir. O, oktyabr ayının 14-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
 

Daha sonra rayon rəhbəri  rayonun məsul şəxsləri ilə birlikdə şəhid Mirzəliyev Aqilin ailəsinə baş çəkib. Ailə ilə səmimi söhbət edərək onların qayğıları ilə maraqlanıb. Aqil üçün ayrılmış guşəyə baxış keçirib, xatirə kitabına ürək sözlərini yazıb. Sonra rayon rəhbəri ailə ilə birgə iftar süfrəsinə əyləşib. İftar süfrəsi arxasında Vətən uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxunub, şəhidin şərəfli döyüş yolu ilə bağlı xatirələr yada salınıb. Aqil Mirzəliyev 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olub. Aqil ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. Hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan Vətən müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir. Aqil Mirzəliyev 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Aqil Mehman oğlu Mirzəliyev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", medalları ilə təltif edilmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]