Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi Nümayəndəliyi AÇILDI - FOTO

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi Nümayəndəliyi AÇILDI - FOTO

Bu gün Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi Rayon Nümayəndəliyinin yeni istifadəyə verilmiş ofisinin açılışı oldu.


Açılış mərasimində müqəddəs şəhidlik zirvəsinə ucalmış general Polad Həşimovun anası Səmayə Həşimova, Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev, Millət vəkili Sevil xanım Mikayılova,Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşkarı, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla Birliyin icraçı direktoru Zamin Zeynal, sədir müavini Məcid Məmmədov, koordinator Məhəmməd Məmmədov, Binəqədi rayon nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu, İctimai birliyin fədakar idarə heyyəti fəal üzvüləri iştirak edərək çıxış etdilər.
 

Açılış mərasimində  çıxış edənlər Şəhid ailələri və qazilərə diqqət və qayğı yönümündə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin həyata keçirdiyi vətənpərvər təşəbbüslərin əhəmiyyətindən söz açdılar. Natiqlər qeyd etdilər ki, bü cür nümayəndəliklərin yaranması Şəhid ailələri və Qazilərə diqqət,qayğı yönümündə müraciətlərin daha çevik şəkildə əlçatanlığın təmin edilməsi baxımından çox böyük əhəmiyyəti olduğunu xüsusi olaraq vurğuladılar.
 

Onu da qeyd edək ki, İctimai Birliyin icraçı direktoru mətbuata açıqlamasında bildirdi ki,  son bir ildə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən minlərlə Şəhid ailələri və qazilərə hər cür diqqət və qayğı göstərmiş, onlara hüquqi, tibbi dəstək yönümündə də ictimai təşəbbüslər irəli sürülmüşdür.  Əsas məqsəd Dövlət başçısı Cənab İlham Əliyevin Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdiyi dövlət proqramına uyğun olaraq ictimai töhvələr verərək  vətəndaş dəstəyi göstərməkdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]