Kişi voleybol yığmamız AÇ-nin seçmə mərhələsinin birinci dövrəsini 3 xalla 3-cü yerdə başa vurub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi voleybol yığmamız AÇ-nin seçmə mərhələsinin birinci dövrəsini 3 xalla 3-cü yerdə başa vurub - İNTİQAM təqdim edir (AZpress.AZ)

  instaqram AZpress.AZ

  facebook

Mayın 7-dən 9-dək kişi voleybolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə qrup oyunları çərçivəsində birinci dövrənin qarşılaşmaları keçirilib. Qeyd edək ki, yığmamızın Montoneqro, Yunanıstan və Gürcüstanla birlikdə yer aldığı F qrupunun oyunları Tbilisidə təşkil edilib. Baş məşqçi Fərid Cəlilov xəstələndiyi üçün oyunlara Pərviz Səmədovun rəhbərliyi altında qatılan Azərbaycan yığması birinci dövrədə keçirdiyi 3 oyundan yalnız birini qələbə ilə başa vura bilib. Bu qələbə sayəsində qazanılan 3 xal isə yığmamıza birinci dövrəni qrup üçüncüsü kimi bitirmək imkanı verib. Xatırladaq ki, startda Montoneqroya 1:3 (23:25, 21:25, 25:21, 15:25) hesabla uduzan Azərbaycan komandası 2-ci turda ev sahibi olan Gürcüstanı "quru" hesabla (3:0) məğlub edib. Lakin yığmamız bu uğuru sonra davam etdirə bilməyib. 3-cü turda Yunanıstan millisi ilə qarşılaşan yığmamız 0:3 (21:25, 19:25, 18:25) hesabla uduzub. Bu oyunlarda yığmamızın şərəfini aşağıdakı voleybolçular qoruyub: Emil Abdullayev, Ramazan Ağabəyov, Aqil Ağazadə, Ruslan Əliyev, Elvin Alişanov, Kənan Allahverdiyev, Dmitriy Baranov, Sənan Dünyamalıyev, Tural Həsənli, Yeqor Nikulenko, Mirəşrəf Rzazadə, Andrey Vsilenko, Roman Qurski.

Birinci dövrədən sonra komandaların turnir cədvəlində vəziyyət belədir:

Yunanıstan - 8 xal (9-2 partiyalar), Montoneqro – 4 (5-4), Azərbaycan – 3 (4-6), Gürcüstan – 0 (0-6).
İkinci dövrənin oyunları 14-16 may aralığında Montoneqroda keçiriləcək. Reqlamentə görə, iki dövrədən sonra qrupda birinci olan (liderlər) və eyni zamanda qruplarda ikinci yeri tutan ən yaxşı 5 komanda AÇ-nin final mərhələsinə vəsiqə qazanmış olacaq.

İNTİQAM Məmmədov 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]