Masallıda onlayn qaydada keçirilən Şahmat idman növü üzrə rayon turnirinə yekun vuruldu -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=10)

Masallıda onlayn qaydada keçirilən Şahmat idman növü üzrə rayon turnirinə yekun vuruldu -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=10)

11-12 may 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə ilə İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlunun anadan olmasının 45-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında Şahmat idman növü üzrə onlayn qaydada Masallı rayon turnirinə yekun vuruldu.

Koronavirus(COVİD-19) Pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq keçirilən, mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək rayon turnirinin keçirilməsində əsas məqsədin Vətən uğrunda öz canlarını fəda etmiş ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlunun anadan olmasının 45-ci ildönümün yad edilməsi, həmçinin gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olduğunu vurğuladı.

Yarışın yekun nəticəsinə əsasən gənclər (qızlar) arasında birinci yerə Sadıqzadə Səma Kənan qızı, ikinci yerə Quliyeva Zeynəb Ruhil qızı, üçüncü yerə isə Ağacanova Lalə Rauf qızı layiq görülmüşdür.

Gənclər (oğlanlar) arasında birinci yerə Talibzadə Mirseyidəli Araz oğlu, ikinci yerə Dadaşov Dadaş İbrahim oğlu, üçüncü yerə isə Ağacanov Fuad Rauf oğlu layiq görülmüşdür.

Turnirdə qalib gəlmiş şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışdırlar.

Mükafatlandirma mərasimi bitdikdən sonra Masallı rayon Gənclər və İdman İdarəsinin,Uşaq Gənclər İdman Şahmat məktəbinin rəhbərliyi və əməkdaşları , turnirdə qalib gəlmiş şahmatçılar şəhid mayor Novruzov Anar Gülverdi oğlunun məzarını ziyarət etmiş və məzarı üzərinə gül dəstələri qoyaraq şəhidimizin əziziz xatirəsini yad etmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]