Deputat Ceyhun Məmmədov Şuşa səfərindən yazdı

Deputat Ceyhun Məmmədov Şuşa səfərindən yazdı

Milli Məclisin deputatı Ceyhun Məmmədov  Şuşada “Xarıbülbül” festivalında iştirak edib. O səfəri barədə sosial şəbəkədə yazı paylaşıb.

 

Deputatın paylaşmasını diqqətə çatdırır:
 

"Bu gün bir qrup deputat həmkarımızla Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun təşkil etdiyi “Xarıbülbül” festivalında iştirak etdik. Şuşada olmaq, bu möhtəşəmliyi görmək və hiss etmək ayrı xoşbəxtlik idi. Prezident İlham Əliyevin konseptual çıxışı tədbirə ayrıca rəng qatdı.

 

Ölkəmizdə yaşayan müxtəlif xalqların rəqs ansambllarının ifası Azərbaycan multikulturalizminin dərin köklərindən xəbər verirdi. Şuşada yeni məscidin təməlinin qoyulması həm də Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə sıx bağlılığın göstəricisidir. İmkan olsa, səfər barədə təəssüratlarımı sabah daha geniş bölüşəcəm".

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]