Ağcabədi: Qazi ailəsi ilə birgə iftar süfrəsi (AZpress.AZ- İ.Mais, +FOTO=4)

Ağcabədi: Qazi ailəsi ilə birgə iftar süfrəsi (AZpress.AZ- İ.Mais, +FOTO=4)

Bütün bayramlarda, özəl günlərdə şəhid ailələrinin, qazilərin ziyarətinə gedən, onlara dəstək olan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Ramazan ayında da bu ənənəni davam etdirir, həmrəylik, mərhəmət, dostluq, qardaşlıq ayında bu ailələri diqqətdə saxlayır.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Qaravəlli kəndində qazi Niyaz Bayramlının ailəsində olan icra başçısı iftarını bu ailənin üzvləri ilə birgə açdı.
Hüquq- mühafizə orqanları rəhbərlərinin də iştirak etdiyi iftar süfrəsi arxasında Vətən uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxundu, qazinin şərəfli döyüş yolu ilə bağlı söhbətlər edildi.
Qeyd edək ki, Bayramlı Niyaz Knyaz oğlu 5 yanvar 2002-ci ildə anadan olub. 2019-cu ilin yanvar ayından orduda qulluq etmək üçün hərbi xidmətə çağrılıb. Bakıda hərbi xidmətdə olub. 2020-ci ilin sentyabr ayının 27- də başlanan Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının düşməndən azad edilməsində igidliklə vuruşub. Atıcılıq qabiliyyəti və cəsarəti sayəsində düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Düşmən mərmisindən aldığı zərbə nəticəsində sağ ayağını dizdən aşağı itirib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]