Milli Məclisin Sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub

Milli Məclisin Sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub

Mayın 14-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib. Qardaş ölkənin spikeri Müqəddəs Ramazan bayramı münasibətilə Milli Məclisin Sədrini və deputatlarını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb. Milli Məclisin Sədri də öz növbəsində türkiyəli həmkarına, TBMM üzvlərinə  və Türkiyə xalqına bayram təbriklərini çatdırıb. Telefon söhbəti zamanı iki qardaş ölkənin spikerləri qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]