Hansı spirt daha yaxşı dezinfeksiya edir: 70, yoxsa 95-96 faizlik?

Hansı spirt daha yaxşı dezinfeksiya edir: 70, yoxsa 95-96 faizlik?

  instaqram AZpress.AZ

  facebook

Viruslardan qorunmaq üçün dezinfeksiyaedici kimi seçilən vasitələrin hansının daha təsirli olması hər zaman maraq doğurub. Amma son günlər koronavirus təhlükəsi ilə bağlı bu haqda suallar daha çox aktuallıq kəsb edir. Mütəxəssislər ilk növbədə əlləri tez-tez sabunla yumağı, spirtlə təmizləməyi tövsiyə edilər.
Belə bir məqamda 95-96 yoxsa, 70 faizlik spirtin daha təsirli olması haqda suallara aydınlıq gətirməyə çalışırıq. Mütəxəsisilər hesab edir ki, 70 faizlik konsentrasiyada olan spirt, demək olar ki, 95-96 faizlik spirtlə eyni şəkildə dezinfeksiya edir, eyni zamanda dərini daha az qurudur. 70 faizlik spirt daha ucuz olduğuna görə, daha geniş istifadə olunur.
Spirt dezinfeksiyaedici kimi hər hansı mikrob hüceyrəsinə daxil olur və zülallarla kimyəvi reaksiyaya girir, bu da onların denaturasiyasına və hüceyrələrin ölümünə səbəb olur. Spirtdən başqa bu xüsusiyyətə malik olan bir çox vasitələr var və onlarla da eyni nəticə əldə edilir. Fərqli dezinfeksiyaedici maddələr zülallara müxtəlif yollarla təsir göstərir. Xlor və hidrogen-peroksid onların oksidləşməsinə, mineral turşular və qələvilər isə hidrolizinə səbəb olur. Fenol tərkibli preparatlar laxtalanmaya səbəb olur, alkoqol isə zülal denaturasiyası yaradır.
Qeyd olunur ki, 95-96 faizlik etanol daha çox cərrahi alətləri sterilizasiya etmək üçün istifadə olunur. Əməliyyatdan əvvəl yaraların, əllərin və xəstənin bədəninin təmzilənməsi üçün isə 70 faizlik spirt kifayət edir. Bu spirtlə dezinfeksiya edilən dərinin səthi də daha tez canlanır. Bu, mikroorqanizmlərin qala biləcəyi dərin məsamələrə daha pis nüfuz edir.
Ümumiyyətlə, spirt 40 faiz konsentrasiyasından sonra dezinfeksiyaedici təsir göstərir.

e-tibb.az 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]