Gözümüzün önündə yeni bir tarix yazılır - Deputat Azər Kərimli deyib

Gözümüzün önündə yeni bir tarix yazılır - Deputat Azər Kərimli deyib

 Gözümüzün önündə yeni bir tarix yazılır

  instaqram AZpress.AZ

 

  facebook

Şuşada Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi “Xarıbülbül” musiqi festivalı Azərbaycanın dilbər guşəsi olan Qarabağın tarixi simasının özünə qaytarılması, birliyimizin, həmrəyliyimizin milli mədəniyyətimizin ən zərif çalarları ilə mükəmməl bir şəkildə ifadə olunmasıdır. “Xarıbülbül” musiqi festivalı Şuşanın mədəniyyətimizin paytaxtı statusunun təkrarolunmaz bir şəkildə bərpa edilməsidir.

 

Bu sözləri açıqlamasında deputat, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunmasının böyük əhəmiyyətə malik olduğunu bildirən millət vəkilinin sözlərinə görə, Şuşada keçirilən möhtəşəm musiqi bayramı mədəniyyətimizin təntənəsidir: “Böyük Hüseyn Cavid “Topal Teymur” dramında “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” yazanda mədəniyyətin türk dünyası üçün xilas və birlik yolu olmasına diqqət çəkirdi. Bu baxımdan, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənə, işğalçıya qılıncımızın kəsərini göstərdi. “Xarıbülbül” festivalı mədəniyyətimizin Ordumuzun gücünü simvolizə edən qılıncımız qədər kəskin olduğunu nümayiş etdirdi”.

 

Azər Kərimli Azərbaycanın hər qarışının əziz olduğunu, amma Şuşanın Azərbaycan xalqının nəhəng mədəniyyəti ilə yanaşı, həm də milli qürurunu, əzəmətini nümayiş etdirdiyini bildirib: “Təsadüfu deyil ki, Prezident İlham Əliyev Şuşanı Azərbaycan xalqının milli sərvəti adlandırdı. Şuşa bütün Azərbaycanlıların, bütün türk dünyasının milli sərvətidir. Hər birimizin qəlbində Şuşanın özünəməxsus yeri var. Məlum olduğu kimi gələn il Şuşanın 270 illik yubileyi də qeyd ediləcək. Şübhə etmirəm ki, yubiley tədbiri də öz möhtəşəmliyi ilə fərqlənəcək. Dövlətimizin başçısı öz çıxışında Şuşa ilə bağlı çox önəmli bir məqama toxunuraq bildirdi ki, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bu çox önəmli və olduqca həssas bir məqamdır. "29 ilə yaxın bir zaman kəsiyində ermənilər Şuşanı erməniləşdirmək üçün əllərindən gələni etdilər, amma Şuşa yenə Azərbaycan şəhəri olaraq qaldı. Görün bu şəhər xalqımızın milli ruhundan, mədəniyyətindən necə yoğrulub ki, yaşayış məntəqələrimizi vəhşi qəbilədən daha betər bir şəkildə darmadağın edən, saxtakarlıq, başqasının olanı mənimsəmək üzrə dünyada tayı-bərabəri olmayan ermənilər bunu bacarmayıblar”.

 

Deputat bildirib ki, “Xarıbülbül” festivalının keçirilməsi ilə yanaşı, Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulması, Yuxarı Gövhər Ağa məscidində bayram namazının qılınması, ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından yenidən su gəlməsi, böyük rəmzi məna daşyır: “Cənab Prezident bunu xüsusi olaraq qeyd etdi. Azərbaycan xalqının həyatında tarixinin heş bir dönəmində yaşamadığı hadisələr baş verir. Gözümüzün önündə hər səhifəsi misilsiz qəhrəmanlıq nümunələri ilə zəngin olan yeni bir tarix yazılır”.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]