Cüdoçuların mundialına gedəcək yığmamızın heyəti açıqlanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cüdoçuların mundialına gedəcək yığmamızın heyəti açıqlanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

6-13 iyun aralığında kişi və qadın cüdoçular arasında dünya çempionatı keçiriləcək. Olimpiya təsnifatlı son turnir olan bu yarışda Azərbaycan çüdoçuları da iştirak edəcəklər. Mundialın başlanmasına 3 həftədən də çox qalmasına baxmayaraq, artıq yığmamızın məşqçilər korpusu mundialda iştirak edəcək heyəti müəyyənləşdirib. 4-ü qadın olmaqla, heyətə 13 cüdoçu cəlb edilib. Praktiki olaraq, Tokio Olimpidasına lisenziyanə özünə təmin edən Rüstəm Orucov (73 kq), Zəlim Kotsayev (100 kq) və öz çəkisində 17-ci yeri tutan Uşanqi Kokuarinin (+100 kq) qatılmadığı heətdə qadınlardan Ayişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədliyeva (52 kq) və dünya reytinqinda 2-ci olan İrina Kindzerska (+78 kq, lisenziyanı təmin etsə də), kişilərdən isə lisenziya qazanmaq şansını hələ də özündə saxlayan Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), dünya reytinqində müvafiq olaraq, 20 və 21-ci olmaqla lisenziya qazanmaq şansı olan cüdoçular - Orxan Səfərovla Nicat Şıxəlizadə (hər ikisi 66 kq), ötən həftə Kazanda "Böyük Dəbilqə"nin üçüncüsü olmaqla reytinq cədvəlində 23-cü yerə qalxan Murad Fətiyev (81 kq) və onunla eyni çəkidə güləşməsinə rəğmən cədvəldə 71-ci olan Hidayət Heydərov, hazırda reytinq cədvəlində 10-cu olmaqla praktiki olaraq lisenziyanı əldə edən Məmmədəli Mehtiyev (90 kq) və 100 kq-da mübarizə aparan və məcüzə nəticəsində lisenziya qazanmaq şansı olan Elmar Qasımov yer alıb. Yeri gəlmişkən hazırda Kotsayevdən (9-cu yer, 5097 xal) iki pillə (11-ci yer) və 997 xal geridə qalan Qasımov yalnız dünya çempionu adını qazanacağı təqdirdə onu qabaqlaya və lisenziyaya sahib ola bilər.

Xatırladaq ki, mundialda Azərbaycan da daxil olmaqla 123 ölkədn 637 (388-249) cüdoçu iştirak edəcək.

İNTİQAM Məmmədov 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]