"Qocalar" Moskva turnirində 2-ci olublar - İNTİQAM təqdim edir (AZpress.AZ)

"Qocalar" Moskva turnirində 2-ci olublar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Rusiya Federasiyasının paytaxtı Moskvada veteran cüdoçular arasında cüdo üzrə beynəlxalq turnir keçirilib. Sayca 15-ci dəfə təşkil edilən və 11 komandanın (Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan) mübarizə apardığı bəlli turnirdə Azərbaycandan olan "qocalar" da iştirak ediblər. ACF-dən aldığımız məlumata görə, 1\8 finalda Ermənistan, 1\4-də Qırğızıstan komandasını 5:0 hesabla məğlub edən komandamız yarımfinalda isə Tacikistan üzərində 3:2 hesablı qələbə qazanmaqla finala çıxıb. Finalda ev sahibi ilə qarşılaşan komandamız minimal hesablı məğlubiyyətlə üzləşərək (2:3) ikinci yeri tutmaqla gümüş medala layiq görülüb.Belarus və "RROS Qvardiya" komandaları bürünc medallara sahib olublar. Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.

İNTİQAM Məmmədov  

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]