Naxçıvanda publisist-politoloq Reyhan Mirzəzadənin yeni kitabları işıq üzü görüb

Naxçıvanda publisist-politoloq Reyhan Mirzəzadənin yeni kitabları işıq üzü görüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində publisist-politoloq Reyhan Mirzəzadənin “Böyük şair-vətəndaş” və “Fikrin böyük sənətkarı” kitabları nəşr olunub.

Yeni nəşrlər rus ədəbiyyatının dünya şöhrətli yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin və böyük klassiki Nikolay Alekseyeviç Nekrasovun anadan olmasının 200 illiyinə həsr edilib.

“Böyük şair – vətəndaş” kitabında şair, yazıçı-dramaturq, istedadlı ədəbiyyat xadimi N.A.Nekrasovun həyat və yaradıcılığının bugünədək Azərbaycan oxucusuna məlum olmayan məqamları yer alıb. “Fikrin böyük sənətkarı” kitabında isə F.M.Dostoyevskinin həyatı və ona dünya şöhrəti qazandıran povest və romanlarından bəhs olunur.

Yeni nəşrlərdə, həmçinin rus ədəbi tənqidçilərinin, şair və yazıçılarının, alman alimlərinin qiymətli fikirləri də yer alıb.

 AZƏRTAC

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)