Muzeylər gecəsi +FOTO

Muzeylər gecəsi +FOTO

Mayın 18-i saat 21:00-da Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər gecəsi” keçiriləcək. Ayrı-ayrı icmalarla daim əməkdaşlıq edən, qarşılıqlı əlaqələrin inkişafı, onların muzeyə cəlb olunması üçün çalışan Azərbaycan Milli Xalça Muzeyi auditoriyasını daha da genişləndirir.

Belə ki, bu dəfə muzeydə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları maraqlı konsert proqramı ilə çıxış edəcəklər.Sənətdə yeni addımlarını atan istedadlı yaradıcı gənclərə dəstək olmaqla yanaşı, onların pərəstişkarlarının muzeylərə marağının artırılması məqsədilə Azərbaycan Milli Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı keçirilən konsertdə “The Etude Band”, “Ayna Band”, “Diqqət”, “Caz Band” qrupları, həmçinin Milan, Mixail Altuxov, Joseph Abbas ifa edəcəklər. Həm əylənmək, həm də zövqlü musiqi dinləmək istəyirsinizsə, muzeyin facebook səhifəsindən canlı yayımlanacaq konserti izləməyi unutmayın!

Qeyd edək ki, 18 may Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” dır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]