Kişi voleybol yığmamız AC-nin finalına çıxa bilmədi - İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi voleybol yığmamız AC-nin finalına çıxa bilmədi - İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi voleybolçulardan ibarət yığmalar arasında keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində ikinci dörəyə də yekun vurulub. Xəbər verdiyimiz kimi baş məşqçisi Fərid Cəlilov olan Azərbaycan yığması Montoneqro, Yunanıstan və Gürcüstan millisi ilə birlikdə seçmələrin F qrupunda mübarizə aparıb. Təəssüflər olsun ki, voleybolçularımız Gürcüstanın paytaxtı Tbilisidə baş tutan birinci dövrədəki kimi (7-9 may), Podqoritsedə də (Montoneqro, 14-16 may) keçirdiyi 3 oyundan yalnız birində qalib gələ bilib. Bu isə komandamıza cəmi 6 xal toplamaqla qrup üçüncüsü olmaq imkanı verib. Yarışların reqlamentinə görə, seçmə yarışların keçirildiyi 7 qrupun hamısında 1-ci yerin sahibləri və ikinci yeri tutan ən yaxşı 5 komanda birbaşa AÇ-nin final mərhələsində iştirak etmək hüququ qazanıb. Azərbaycanın yer aldığı F qrupunda Yunanıstan 14 xalla birinci, Montoneqro isə 13 xalla qrup ikincisi olub. Yığmamızın ikinci dövrədə keçirdiyi oyunlara gəlincə, startda (sayca 4-cü tur) ev sahibi Montoneqroya 3:1 (25:16, 25:12, 20:25, 26:24), ardından (5-ci turda) Yunanıstana 3:0 (25:16, 25:17, 25:13) uduzan yığma komandamız son turda (6-cı) Gürcüstan millisinə qalib gəlib - 3:0 (25:13, 25:17, 25:17). Yeri gəlmişkən, yığmamız 7-9 may aralığında Tbilisidə baş tutan birinci dövrədə də yalnız Gürcüstan millisini uda bilmişdi.

F qrupunda yekun turnir cədvəli belə olub: Yunanıstan – 14 xal (15-2 setlərin fərqi), Montoneqro – 13 (14-5), Azərbaycan – 6 (8-12), Gürcüstan – 0 (0-15)

Qeyd: Azərbaycan yığması ikinci dövrəni aşağıdakı hetlə başa vurub: Emil Abdullayev, Ramazan Ağabəyov, Aqil Ağazadə, Ruslan Əliyev, Elvin Alışanov, Kənan Allahverdiyev, Dmitriy Baranov, Sənan Dünyamalıyev, Tural Həsənli, Yeqor Nikulenko, Mirəşrəf Rzazadə, Andrey Vasilenko və Roman Qruskiy,

Hazırladı: İNTİQAM Məmmədov  

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]