Azərişıq ASC Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib - VİDEO

“Azərişıq” ASC Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib - VİDEO

Tarixi qələbəmizdən sonra “Azərişıq” ASC Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib. İkinci Qarabağ savaşı zamanı təmas xəttinə ən yaxın kənd olduğundan Ağdamın Çıraqlı yaşayış məntəqəsindəki evlərə və eləcə də  enerji təsərrüfatına ciddi ziyan dəymişdi.


Vətən müharibəsi zamanı Ağdam rayonunun Çıraqlı kəndinə çoxlu sayda top və qrad mərmiləri atılmışdır ki, fərdi yaşayış evlərinə o cümlədən, elektrik enerşisi təchizatı şəbəkəsinə ciddi ziyan dəymişdi. Lakin müharibə bitdikdən sonra Cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən kəndlərdə dağılmış evlərə dəymiş zərərlərin aradan qaldırılması ilə bərabər Çıraqlı kəndində 10/0.4 kv-luq elektrik şəbəkəsinin yenidən qurmasına başlanmışdır və hazırda işlər tamamilə yekunlaşıb.


Qeyd edə ki, 70 abonentin yaşadığı Çıraqlı kəndində yeni metal dayaqlar əkilib, izoliasiyalı naqillər çəkilib, yeni transformator və sayğaclar quraşdırılıb.
 


Müsahiblər:
Şükürov Mötəbər- Ağdam rayon Çıraqlı kənd sakini
Məmmədov Səfər- Ağdam rayon Çıraqlı kənd sakini
Emin Əliyev- Ağdam rayon Elektik Şəbəkəsinin rəisi

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]