Azərbaycan bodibildinqçiləri AÇ-də bir dəst medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan bodibildinqçiləri AÇ-də bir dəst medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

İspaniyanın Santa-Susane şəhərində bodibildinq üzrə keçirilən Avropa çempionatında iştirak edən Azərbaycanın dəmir əzələli atletləri uğurlu çıxışlarını davam etdirirlər. Belə ki, Rasim Həsənovun "Muscular Men’s physique" üzrə qazandığı tarixi qızıl medalından və İmaş Quluzadənin isə "Men’s physique" (çimərlik bodibildinqi) yarışında boyu 182 sm olan atletlər arasında üçüncü olaraq "bürünc" medalından sonra daha iki atletimiz əzlə nümayiş etdirməklə mükafatçılar sırasında yer alıb. Söhbət 95 kq çəkidə mübarizə aparan Fuad Quluzadə və Nizami Misirovdan gedir. Quluzadı gümüş, Misirovsa bürünc medala layiq görülüb. Bununla da Azərbaycan aktivinə 4 medal (1 dəst: 1-1-2) yazdırıb. Yeri gəlmişkən, beynəlxalq yarışlara ilk dəfə qatılan və dərhal da qızıl medal qazanan Rasim Həsənov Azərbaycanın bodibildinq tarixinə ilk Avropa çempionu və qızıl medal qazanan atlet kimi düşüb.

İNTİQAM Məmmədov 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]