ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin XV konfransı keçirildi -(AZpress.AZ- İ.Mais, +FOTO=5)

ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin XV konfransı keçirildi -(AZpress.AZ- İ.Mais, +FOTO=5)

 ADPU-nun Ağcabədi filialında “MÜASİR GƏNCLƏR VƏ ELMİ İNNOVASİYALAR” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XV konfransı keçirildi

ADPU-nun Agcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “MÜASİR GƏNCLƏR VƏ ELMİ İNNOVASİYALAR” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XV konfransı keçirildi.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan etdi. Sonra Ümummilli Liderimizin Azərbaycan təhsili, Azərbaycan elminin inkişafındakı misilsiz xidmətlərindən danışdı.
Sonra dosent Mobil Məcidov konfrans iştirakçılarını plenar iclasın gündəliyi ilə tanış etdi. Söz məruzəçilərə verildi.

“Heydər Əliyev: Azərbaycanda təhsil və elm” mövzusunda çıxış edən filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov Ümummilli Liderimizin siyasi fəaliyyət illərində Azərbaycanda elm və təhsilin inkişafı istiqamətində aparılan işlərdən danışdı. Təhsilin keyfiyyətinin yüksəldilməsi, müxtəlif elm sahələrində əldə edilmiş nailiyyətlər, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, yüksək ixtisaslı kadr potensialının yaradılması kimi vacib məsələlərin Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin başlıca meyarı olduğunu vurğuladı.

Növbəti məruzə üçün söz filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimova verildi. “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda məruzə edən M. Səlimov Azərbaycan xalqının taleyüklü məsələlərinin həllində özünü Xızır kimi yetirən, daim xalqının rifahı, əmin-amanlığı keşiyində dayanan Ümummilli Liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, məqsədyönlü siyasət xəttindən və dahi şəxsiyyətin xalqımız üçün miras qoyduğu mənəvi dəyərlər haqqında ətraflı məruzə etdi. O bildirdi ki, Ulu Öndərin siyasi kursu hazırkı dövrdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz dahi liderimizin başlatdığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz ildən-ilə böyük nailiyyətlər əldə edir, sürətli inkişafı ilə dünya dövlətləri tərəfindən tanınmağa və qəbul edilməyə layiq bir ölkə səviyyəsinə çatmışdır. Məruzəçi onu da vurğuladı ki, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçimiz Heydər Əliyev Azərbaycanın milli dövlətçiliyini bütün təhlükələrdən qoruyaraq özündən sonra Müstəqil Azərbaycan Respublikasını bizlərə ən dəyərli miras olaraq qoydu. Bizim vətəndaşlıq qayəmiz ondan ibarət olmalıdır ki, Ulu Öndərin bizə verdiyi əmanətlərə sahib çıxaq və onu xain əllərdən qoruyaq.

“Tələbə elmi-tədqiqat işlərinin perspektivləri” mövzusunda məruzə edən filialın Tələbə Elmi Cəmiyyətinin sədri, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, k.t.ü.f.d. Fazil Cəfərov Tələbə Elmi Cəmiyyətinə öz işini səmərəli qurmaqda yardım edən başda filialın direktoru, dosent Mobil Məcidov olmaqla bütün əməkdaşlara dərin təşəkkürünü bildirdi. Xüsusilə pandemiya şəraitində tələbələrin böyük ruh yüksəkliyi ilə elmi-tədqiqat işləri ilə məşğul olmasını ADPU-nun Ağcabədi filialının böyük uğuru kimi qiymətləndirdi.

Tələbə Elmi Cəmiyyətinin sədri Fazil Cəfərov tələbə elmi-tədqiqat işlərinin keyfiyyətinin daha da yüksəldilməsi üçün qarşıda duran prioritet vəzifələrdən danışdı.

Plenar iclas başa çatdıqdan sonra bölmələr üzrə tələbə elmi-tədqiqat işlərinin müdafiəsi başlanıldı. Ümumilikdə dörd bölmə üzrə - “Riyaziyyat, informatika və fizika”, “Tarix və coğrafiya”, “Azərbaycan dili və ədəbiyyat”, “Pedaqogika, psixologiya və tibbi biliklər” bölmələri üzrə keçirilən konfransda müxtəlif istiqamətlər üzrə tələbə elmi-tədqiqat işlərinin müdafiəsində aşağıda adları qeyd olunan tələbələr I, II və III yerlərə layiq görüldülər.

“Riyaziyyat, informatika və fizika” bölməsi üzrə Şirinova Gülbəs Xəyyam qızı, Bağırlı Ərturqut Muxtar oğlu, Kərimova Əminə Rövşən qızı və Bünyadzadə Sevinc Raci qızı I yer; Qasımova Lalə Eldəniz qızı, Şahverənova Səbinə Bədrəddin qızı II yer; Əsədova Təhminə Sərdar qızı, Abdullayeva Nərmin Kamil qızı III yerə; “Tarix və coğrafiya” bölməsi üzrə Nurullayeva Kübra Ramiz qızı, Mədətli Gülçin Cəsarət qızı, Mikayıllı Mikayıl İslam oğlu I yer; Mürşüdova Mehri Seyidağa qızı, Abbasova Aysel Şahmalı qızı II yer; Fərəcova Səidə Tahir qızı, Əliyeva Əzizə Niyaməddin qızı isə bölmə üzrə III yerə; “Azərbaycan dili və ədəbiyyat” bölməsi üzrə Süleymanlı Şəlalə Sədani qızı, Abdullayeva Şölə Səbuhi qızı I yer; Qiyaslı Ayşən Şahin qızı, Əliyeva Nərgiz Taleh qızı II yer; Həsənova Ofeliya Valeh qızı, Əliyeva Natəvan Araz qızı isə III yerə; “Pedaqogika, psixologiya və tibbi biliklər” bölməsi üzrə Ələsgərli Səriyyə Sədrəddin qızı və Həsənova İlkanə Elçin qızı I yer; Əliyeva Nərgiz Taleh qızı, Bayramova Altunə Rövşən qızı II yer; Əmrahlı Zərifə Səhliyalı qızı və Sultanova Pərvin Şükür qızı isə bölmə üzrə III yerə layiq görüldülər.
Qaliblər konfransın yekun mərhələsində diplom və sertifikatlarla təltif olundular.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]