AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı +FOTO

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı +FOTO

Son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən idarə olunan yük maşınları, maşın və mexanizimləri üzərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus logo və tanınma nişanları vurularaq sifarişlə fərdi işlərdə istifadə olunur. Bu isə haqlı olaraq cəmiyyətdə anlaşılmazlıq və çaşqınlıq yaratmaqla bərabər agentliyin adına və nüfuzuna xələl gətirir.

 

Qeyd edək ki, bu hüquqa zidd əməli törədən şəxslərlə bağlı, qurumun adından sui-istifadə etdikləri üçün qanunvericiliyə uyğun olaraq onların məsuliyyətə cəlb edilməsi ilə bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilib.

 

Bir daha xəbərdarlıq edirik ki, həmin şəxslər cəmiyyətdə çaşqınlıq yaradan və agentliyin nüfuzuna xələl gətirən bu cür addımlardan çəkinsinlər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]