Hindarx qəsəbəsində xatirə bulaq kompleksinin açılışı olmuşdur -(AZpress.AZ- İ.Mais, +FOTO=24)

Hindarx qəsəbəsində xatirə bulaq kompleksinin açılışı olmuşdur -(AZpress.AZ- İ.Mais, +FOTO=24)

Hindarx qəsəbəsində Vətən müharibəsi qəhrəmanı şəhid Ömər Rəhimlinin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, şəhidin adını daşıyan küçədə inşa edilmiş xatirə bulaq kompleksinin açılış mərasimində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə, icra və bələdiyyə nümayəndələri, qəsəbə sakinləri, ziyalılar, müəllimlər, şəhid valideynləri, yaxın qohumları, din xadimləri, media mənsubları iştirak ediblər.
Mərasimi Milli Qəhrəman Etibar İsmayılov adına Hindarx 1 saylı qəsəbə tam orta məktəbinin direktoru Qaryağdı Məmmədov açaraq, Vətən müharibəsi qəhrəmanı, igid döyüşçü Ömər Rəhimlinin keçdiyi qısa, lakin şərəfli ömür yolundan, cəbhələrdə göstərdiyi hünərləri haqqında məlumat vermişdir. Sonra söz Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verilmişdir. Rayon rəhbəri şəhidlərimiz haqqında, o cümlədən öz həyatlarını Vətən yolunda qurban verən Hindarxın igid oğulları barədə ətraflı danışıb. Qeyd olunub ki, 44 günlük müharibə ərzində misilsiz rəşadət göstərmiş şəhidlərin, o cümlədən Ömər Rəhimlinin əziz xatirəsi unudulmur, daim hörmət və ehtiramla yad olunur.
Sonra Hindarx qəsəbə ümumtəhsil məktəblərinin ifasında Vətən, torpaq, şəhid mövzusunda şeirlər və mahnılar səsləndirilib. Daha sonra tədbirdə məktəblilər tərəfindən hazırlanmış “Ana və oğul” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Şəhid Ömər Rəhimlinin atası, tanınmış ziyalı Rəşad Rəhimov çıxış edərək, göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə və rayon icra hakimiyyətinin rəhbərliyinə öz təşəkkür və minnətdarlığını bildirib. Mərasimin sonunda şəhid Ömər Rəhimlinin ruhuna dualar oxunmuş və ehsan verilmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]