Deputatdan hökumətə çağırış- Bu prosesi sürətləndirin"

Deputatdan hökumətə çağırış- “Bu prosesi sürətləndirin"

Deputat Qənirə Paşayeva Milli Məclisdə şəhidlərin adlarının əbədiləşdirilməsi məsələsini qaldırıb.

 

Parlamentin bu gün keçirilən iclasında çıxış edən Qənirə Paşayeva vurğulayıb ki, rayonlarının kəndlərində çox küçələrin, demək olar, adı yoxdur:

 

“Şəhidlərinin adlarını həmin küçələrə verərək əbədiləşdirmək mümkündür. Bu prosesi, sadəcə, asanlaşdırmaq lazımdır. Məktəbə yanaşma ilə küçəyə yanaşma arasında fərq qoyulmalıdır. Bir kənddə 1, 2, bəzən 6 şəhid var. Küçələrə həmin şəhidlərin adı verilsə, həmin ailələr də bundan razı qalır. Xahiş edirik ki, prosesin rayon daxilində həlli mexanizmi tapılsın, ya da Nazirlər Kabineti bu prosesi sürətləndirsin".

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]