İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

24 may 2021-ci il tarixində İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplunun başçılıq etdiyi nümayəndə heyəti  ilə Dövlət Agentliyinin nümayəndə heyəti arasında görüş keçirilib.
 

Qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
 

Bildirilib ki, bu günədək 44 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.
 

Görüşdə iki ölkə arasında baş tutan əməkdaşlıqlar, həmçinin  tərəflər arasında gələcək perspektivlər müzakirə olunub. Həmçinin “YAŞAT” Fondu çərçivəsində qazilərimizə israilli informasiya texnologiya mütəxəssisləri tərəfindən müvafiq kursların tədrisi, onları gələcək əmək bazarında müvafiq biliklərə yiyələndirərək rəqabətqabiliyyətli potensialın inkişaf etdirilməsi təklifləri də vurğulanıb.
 

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar Dövlət Agentliyinə və tabeliyində fəaliyyət göstərən qurumlara gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]