Özbəkistanın "Turon" Kitabxanası ilə Şuşa şəhər Mərkəzi kitabxanası arasında əməkdaşlıq əlaqəsi qurulacaq - FOTO

Özbəkistanın "Turon" Kitabxanası ilə Şuşa şəhər Mərkəzi kitabxanası arasında əməkdaşlıq əlaqəsi qurulacaq - FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu ölkənin qədim və böyük kitabxanalarından olan “Turon” İnformasiya Kitabxana Mərkəzində olmuş və kitabxananın direktoru Dildora Abduazizova ilə görüş keçirmişdir.


“Turon” İnformasiya Kitabxana Mərkəzin direktoru Dildora Abduazizova rəhbərlik etdiyi müəssisənin 2018 ildə 100 iliyinin geniş qeyd olunduğunu və ötən il Özbəkistan Respublikalının Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Daşkəndin mərkəzi hissəsində kitabxana üçün müasir və arxitekturalı binanın inşa edildiyini qeyd edib. O, "Turon" kitabxanasında müasir informasiya texnologiyaların tətbiq olunduğunu, kitabxanada oxu zalının, xüsusi avtomatalşdırılmış sistemin oxucuların istifadəsinə verildiyini qeyd edib. Direktor Dildora Abduazizova qardaş ölkə olan Azərbaycanla münasibətlərə xüsusi önəm verildiyini, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə imzalanmış Memorandumu qeyd edərək, bu sənədin nəticəsində “Turon” kitabxanasında Qarabağ guşəsinin yaradıldığını bildirib. O, işlərin davamı olaraq Azərbaycan kitabxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə bu istiqamətdə yeni-yeni layihələrin həyata keçirməsinin əhəmiyyətindən danışıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan – Özbəkistan arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əməkdaşlığın inkişafında yeni imkanlar açdığını qeyd edib.


S. Abbasov bu il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunması, Özbəkistanda isə Əlişir Nəvainin 580 ilik yubileyi ilə əlaqədar hər iki şairin yaradıcılığına dair birgə konfransın keçirilməsi, Xivə şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı”, Şuşa şəhərinin isə Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar təkliflə çıxış etmişdir. O, Özbəkistanın “Turon” İnformasiya Kitabxana Mərkəzi ilə Azərbaycanın Şuşa şəhəri Mərkəzi Kitabxanası arasında “qardaşlaşmış müəssisələr” müqaviləsinin imzalanması və kitabxanalar arasında birbaşa əlaqənin yaradılması, gələcəkdə qarşılıqlı səfərlərin həyata keçirməsi təklifini irəli sürmüşdür.


Diplomat, ötən il Vətən müharibəsi nəticəsində Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyini qeyd edərək, azad edilmiş ərazilərdə bütün infrastrukturun o cümlədən kitabxanaların Ermənistan ordusu tərəfindən tamamilə dağıdıldığını qeyd edib. O, hazırda bu ərazilərdə Azərbaycan tərəfindən geniş quruculuq və bərpa işləri keçirdiyini vurğulayıb.


S. Abbasov bu il Azərbaycanda “Molla Nəsrəddin jurnalı”nın 115 ilik yubileyinin qeyd olunduğunu və bu jurnalın Mərkəzi Asiya xalqlarının maariflənməsi, mədəni həyatındakı rolunu nəzərə alaraq, Turan kitabxanasında birgə olaraq “Molla Nəsrəddin jurnalı: maarifçilik və milli mətbuatımızın ilk öndəri kimi” Beynəlxalq tədbirin keçirilməsini təklif etmişdir. O, Türk şurası ölkələri kitabxanaları arasında əlaqələrin daha da genişlənməsi, informasiya mübadiləsinin həyata keçirməsi haqqında fikirlərin bölüşmüşdür.


Daha sonra tərəflər sıx əməkdaşlığa dair birgə layihələrin icrası ilə əlaqədar ümumi razılıqlarığa gəlmişlər.


Sonda “Turon” İnformasiya Kitabxana Mərkəzinin fəaliyyəti ilə tanışlıq olmuş, kitabxananın müasir oxu zalı, nadir nəşrlər fondu, ənənəvi çap nəşrlərinin elektron nəşrlərə çevrilməsi üçün yaradılmış Resurs Mərkəzi, habelə kitabxananın nəzdində yaradılmış “Abdulla Qadiri – repressiya ədəbiyyatı muzeyi” ilə tanışlıq olmuşdur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]