Azərbaycanım IV respublika uşaq rəsm festivalı çərçivəsində pleneri +FOTO=50

“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində pleneri +FOTO=50

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi,Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il 25 may tarixlərində saat 11:00-da “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində 16-21 yaş kateqoriyası üzrə olan uşaqlar üçün plener keçirildi.Tədbiri Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq ,tədbir iştrakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı.Söz alan Xətai İcra Hakimiyyəti mədəniyyət şöbəsinin müdürü Pənah İmanov Xətai rayon İcra başçıcının
salamlarıni çatdırdı və rayonunda baş tutan mədəni tədbirlərdən məmun olduğunu qeyd etdi.Çıxiş edən
Azərbaycan Dövlət Rəsm Qalareyasınin əməkdaşı Elçin Hüseynli uşaqlar və yeniyetmələr üçün keçirilən bu kimi tədbirlərin gənc nəslə olan təsirindən danışdı.Çıxış edən Xətai Uşaq Yaradıcılıq studiyasınin müəllimi Əbdül Sərif uşaqlara sənəti sevməyi və incəliklərini izah etməyə çalışdı. Həm planerin həmdə festivalın bu yaş kateqoriyası üzrə qalibləri müəyyənləşdi 1ci yer - Quliyev Eşqin -Qazax Dövlət Rəsm Qalereyası 2ci yer - Aytən Məmmədova Xalid qızı - Özfəaliyyət 3cü yer - İbrahimzadə Nərgiz Azər qızı -Məktəb Lisey Kompleksi hər bir tədbir iştirakçısı diplom və hədiyyə ilə mükafatlandırıldı. Bağlanış mərasimi müsiqi sədalari altinda başa çatdı. Xatırladaq ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festival rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirildi.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]