Şəhid Əli Əsədovun doğum günü qeyd olunub -(AZpress.AZ- İ.Mais, +FOTO=8)

Şəhid Əli Əsədovun doğum günü qeyd olunub -(AZpress.AZ- İ.Mais, +FOTO=8)

Ağcabədi rayonun Şahsevən Təzəkənd kəndində 27 may 2021-ci il tarixdə Vətən müharibəsinin qəhrəmanı, şəhid Əli Əsədovun doğum günü qeyd olunub. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, kənd sakinləri, şəhidin yaxınları, müəllimlər, yerli icra, bələdiyyə və media nümayəndələri iştirak ediblər.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində dünyaya göz açan Əli Əsədov 2020-ci il sentyabrın əvvəllərindən orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd uğrunda gedən gərgin döyüşlərdə Əli fədakarlıq göstərir. 11 oktyabr 2020-ci ildə Cəbrayılda döyüşdə yaralansa da geri çəkilmir, bir neçə döyüş yoldaşını odun-alovun içərisindən çıxarıb xilas edir. Döyüş yoldaşlarının yalvarışlarına baxmayaraq, irəliyə doğru addımlayır, bir neçə ermənini məhv edir və əlində silah şəhid olur. Doğma kəndlərində torpağa tapşırılan qəhrəman döyüşçü, şəhid Əli Əsədov ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”,” Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin 21-ci doğum gününü onsuz qeyd edən mərasim içtirakçıları onun xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, keçdiyi qısa və şərəfli döyüş yolundan danışmışlar. Sonra doğum günü iştirakçıları kənd məktəbinin foyesində Vətən müharibəsi iştirakçılarına həsr olunmuş fotosərgiyə baxaraq, burada şagirdlərin ifasında Vətən, torpaq, şəhidlər, haqqında şeirləri dinləmiş və kənd qəbirstanlığında şəhidin məzarını ziyarət edərək, üzərinə tər qərənfil dəstələri düzmüşlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]