"Yaşa, Azərbaycan!" adlı onlayn konsert proqramı -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=4)

"Yaşa, Azərbaycan!" adlı onlayn konsert proqramı -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=4)

Masallıda 28 may-Respublika Günü münasibətilə onlayn konsert proqramı keçirilib.

Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində 28 may - Respublika Gününə həsr olunmuş "Yaşa, Azərbaycan!" adlı onlayn konsert proqramı keçirilib.

Konsert tədbirinin aparıcısı tarixi günlə əlaqədar izləyiciləri təbrik edib. Sonra musiqi ifalarına yer verilib. Sevilən incəsənət ustalarından Atamoğlan Zahid tədbirdə ilk musiqi nömrəsini təqdim edib. Sonra növbə ilə digər istedadlı sənət adamları Miriş Hüseynov, Şamo İbayev və Ruslan Zahidov bayram ovqatlı musiqilər ifa ediblər.

Konsertdə "Halay" Xalq folklor ansamblının ifası tədbirə xüsusi rəng qatıb. "Xarıbülbül" musiqi festivalındakı uğurlu çıxışı ilə fərqlənən kollektiv Şuşada səsləndirilmiş "Qarabağ bizim ürəyimizdir" kompozisiyasını ifa edib. Onlayn konsertdə milli ruhda şeirlər də səsləndirilib.

İfaçıları mədəniyyət müəssisəsinin istedadlı instrumental musiqiçiləri müşayiət edib. Konsert sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]