Azərbaycan könüllüləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər həyata keçiriblər - FOTO

Azərbaycan könüllüləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər həyata keçiriblər - FOTO

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Böyük Qayıdış Gənclər Təşkilatının dəstəyilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan könüllüləri Vətən müharibəsində iştirak etmiş qazilərimizin övladları ilə görüşüblər.


Uşaqların bu xüsusi gündə sevgi və qayğı ilə əhatə olunması, eləcə də onların fiziki və mənəvi cəhətdən qorunması məqsədilə keçirilən layihədə könüllülər qazilərimizin övladlarına pandemiyadan qorunmaq üsullarını əyləncəli şəkildə təsvir edən boyama kitabçaları, rəngli karandaşlar və müxtəlif oyuncaqlar hədiyyə edib, onlarla əyləncəli vaxt keçiriblər.


Oxşar tədbirlər regionlarda da həyata keçirilib. Belə ki, Bərdə və Tərtər rayonlarında yaşayan könüllülərin iştirakı ilə aztəminatlı, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən edilən hücumlar zamanı zərər çəkmiş ailələr ziyarət olunub. Ümumilikdə 73 ailəni ziyarət edən könüllülər vətəndaşlarımıza mənəvi dəstək olmaqla yanaşı, onların uşaqlarını xüsusi hədiyyələrlə sevindiriblər. Bundan başqa, layihə çərçivəsində Bərdə rayonunda bacarıqlı könüllülər tərəfindən uşaqlar üçün müxtəlif əyləncəli oyunlar təşkil olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]