BRİTANİYA SƏFİRİ LƏNKƏRANDA -(AZpress.AZ, B.Ağaddin +FOTO=2)

BRİTANİYA SƏFİRİ LƏNKƏRANDA -(AZpress.AZ, B.Ağaddin +FOTO=2)

BRİTANİYA SƏFİRİ LƏNKƏRANDA -(AZpress.AZ, Ağaddin Babayev, +FOTO=2)

 

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Ceyms Şarp iyunun 3-də Lənkəranda səfərdə olub.
AZpress.AZ xəbər verir ki, səfər çərçivəsində hörmətli qonağı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib. Qəbul zamanı T. Qaraşov qonağı rayonun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni inkişafı barədə məlumatlandırıb.
Səfir səmimi qəbula görə İcra başçısına təşəkkürünü çatdırıb.
Daha sonra britaniyalı diplomat Lənkəran şəhər 6 saylı məktəb-liseydə “İngilis dili və resurs mərkəzi”nin müəllimləri ilə görüşərək onlarla fikir mübadiləsi edib.
Lənkəranda səfərdə olduğu müddətdə cənab Ceyms Şarp şəhər və rayonun tarixi məkanlarına və görməli yerlərinə də baş çəkib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]