Təsnifat mərhələsinin qalibi Lekler, ikincisi isə Hemlton olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Təsnifat mərhələsinin qalibi Lekler, ikincisi isə Hemlton olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 
FORMULA-1
-----------------------------------------
Təsnifat mərhələsinin qalibi Lekler, ikincisi isə Hemlton olub

 

 


Bu gün paytaxt Bakıda Formula-1 üzrə dünya çempionatının sayca 6-cı mərhələsinin 3-cü sərbst yürüşü və təsnifat yarışı keçirilib. Qeyd edək ki, Bakı vaxtı ilə saat 16:00-da başlanan təsnifat yarışının qalibi "Ferrari"nin pilotu Şarl Lekler olub. O, 1:41.218 göstərici ilə birinci yeri tutub. "Mersedes" komandasının 7 qat dünya çempionu adını daşıyan britaniyalı pilotu Lyuis Hemlton isə 1:41.450 nəticə ilə ikinci olub. Təsnifatda 3-cü yeri 1:41.563 göstəriciyə malik olan Maks Ferstappen ("Red Bull") tutub. Maraqlıdır ki, 3-cü sərbst yürüşü 1:42.251 nəticə ilə birinci yerdə başa vuran Pyer Qasli ("Alfa Tauri") isə Leklerdən +0,347 saniyə geri qalmaqla təsnifatın dördüncüsü olub. Ümumiyyətlə, bu 4-lükdən başqa, Top-10-da yer alan pilotlar bunlardı:
5. Karlos Sayns ("Ferrari") +0,358
6. Lando Norris ("Maklaren") +0,529
7. Serxio Peres ("Red Bull") +0,699
8. Yuki Tsundo ("Alfa Tauri") +0,993
9. Fernando Alonso ("Alpin") +1,109
10. Valtteri Bottas ("Mersedes") +1,441.
Yeri gəlmişkən, sabah Bakı Qran-Prisinin final yarışı keçiriləcək. Bu günkü təsnifat yarışının nəticəsindən asılı olaraq, Lekler və Hemlton start xəttində birinci, Ferstappenlə Qasli isə ikinci olacaq. Pilotlar hərəsi 6001 metr olan Bakı dairəsini 51 dəfə dəvrə edəcəklər ki, bu da ümumilikdə 306,049 km məsafə deməkdir. Xatırladaq ki, geridə qalan 5 Qran-Prinin 3-də Hemlton, 2-də isə Ferstappen qalib gəlib.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]