Gülağa Tənha "Oğullar Vətənə oğul olmasa..."

Gülağa Tənha "Oğullar Vətənə oğul olmasa..."

 Söz vaxtını çəkər, bu şeir 1992 - ci ilin yay aylarında yazılmışdır. Dünən redaksiya tərəfindən seçilərək, paylaşılan şeirlərin içində “Vətənə oğul olaq” şeirin tarixçəsini xüsusi qeyd etmək istədik. Azərbaycanın görkəmli, Xalq şairi Bəxtiyar Vahabzadə bu şeiri oxuyaraq yüksək qiymətləndirmişdir. Televiziya kanalların birində şeirin müəllifi Gülağa Tənha həmin görüş haqqında xatirələrini bölüşür. Məhz bu qiymətləndirmədən sonra xeyriyyəçi-şair Gülağa Tənhanın yaradıcılığında yeni mərhələ başlayır. Şeirin yaranma təəssuratı isə gələcəkdə müəllifin xüsusi müsahibələrində tanış olabilərsiniz. Yazıldığı ildən məlum olur ki, şeir Qarabağ müharibəsinin qızğın döyüşləri gedən vaxtı yazılmışdır... İndi isə yuxarıda qeyd olunan video görüntüləri video link bölməsində izləyə bilərsiniz.

 

 

 

 

VƏTƏNƏ OĞUL OLAQ

 

Hərə öz evinin qayğısındadı,
Hərə öz qəhrini çəkir il boyu.
Gecədən səhərə dərd əmizdirir,
Ömrünə qəm-kədər əkir il boyu.
Sağ gözdən sol gözə işıq düşməsə,
Sağ göz də itirər nurunu bir gün.
Onsuz da dünyanın bəxti qaradı,
Dönər qaranlığa dünya büsbütün.
Yaxşı oğul ömrü xalqa həsr edər,
Özünə xərcləməz öz gəncliyini.
Oğullar Vətənə oğul olmasa,
Vətən də itirər vətənliyini.
Gəlin, qayğımızla, əməlimizlə,
Silək o gözlərdən axan yaşları.
Səxavət cənnətin bir açarıdır,
Məmməd Araz demiş, Vətən daşları!

GÜLAĞA TƏNHA,1992 - ci il.

 

 

 

 

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенх

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]