Boksçularımız daha 4 Olimpiya lisenziyası qazanıb Dominqis həm də turnirin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Boksçularımız daha 4 Olimpiya lisenziyası qazanıb Dominqis həm də turnirin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Boksçularımız daha 4 Olimpiya lisenziyası qazanıb Dominqis həm də turnirin qalibi olub

 

Fransanın paytaxtı Parisdə kişi və qadın boksçular arasında lisenziya xarakterli turnir keçirilib. Avropa Olimpiya təsnifatlı bu turnirdə ölkəmiz 2-si qadın olmaqla, 7 boksçu ilə təmsil olunub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, baş məşqçi Umberto Orta Dominqes və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında bəlli yarışa qatılan boksçularımızadan 4-ü Alfonso Dominqes (81 kq), Lorenzo Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq) və sabiq dünya çempionu Cavid Çələbiyev (63 kq) uğurla döyüşərək Tokio-2020-yə lisenziya qazanıb. Bu dördlükdən ilk üçlük lisenziya ilə yanaşı, həm da turnirin mükafatçısı olub. Onların arasında ən yaxşı nəticəni finala çıxan Dominqes göstərib. Belə ki, onun finaldakı rəqibi – Benjamin Uitakerin (Böyük Britaniya) final qarşılaşmasından imtina etdiyi üçün boksçumuz turnirin qızıl medalına layiq görülüb. Digər iki mükafatçımız - Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayevsə (+91 kq) üçüncü yeri tutmaqla bürünc medalla kifayətlənib. Çələbiyevə gəlincə, o, turnirin 1\4 finalına çıxmaqla lisenziyaya sahib olub. Xatırladaq ki, bunlardan öncə isə daha bir boksçumuz - Tayfur Əliyev (57 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmişdi. Bununla da Azərbaycan boksçuları Tokio Olimpiadasına üst-üstə 5 lisenziya qazanıblar.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]