Qadın voleybol yığmamız Qızıl Avroliqanı qələbəsiz başa vurub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybol yığmamız Qızıl Avroliqanı qələbəsiz başa vurub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybol yığmamız Qızıl Avroliqanı qələbəsiz başa vurub

 

Azərbaycanın qadın voleybolçulardan ibarət yığması da daxil olmaqla 12 komandanın 3 qrupda mübarizə aparlığı Qızıl Avroliqanının dairəvi sistem üzrə keçirilməklə iki dövrədən və 6 turdan ibarət olan seçmə oyunları başa çatıb. Xatırladaq ki, baş məşqçisi Vüqar Əliyev olan Azərbaycan komandası Fransa, İspaniya və Rumıniya millisi ilə birlikdə A qrupunda mübarizə aparıb. Birinci dövrənin oyunları Rumıniyada, ikinci dövrənin görüşləri isə Fransada təşkil edilib. Təəssüflər olsun ki, yığmamız həm birinci, həm də ikinci dövrədə keçirdiyi bütün oyunlarda məğlub olub. İspaniyaya 3:0 və 3:1, Rumıniyaya hər iki oyunda 3:0, Fransaya isə 3:1 və 3:0 hesabla uduzan Azərbaycan yığması yer aldığı A qrupunda sonuncu olub. 6 oyunda rəqibə 18 set verən yığmamız cəmi 2 setdə sevinə bilib. Reqlamentə uyğun olaraq, qrup mərhələsini lider kimi başa vuran İspaniya millisi turnirin Bolqarıstanda təşkil ediləcək "dördlər finalı"na vəsiqə qazanıb. A qrupunda komandaların yekun turnir cədvəli belə olub: İspaniya - 13 xal (16-10 partiya), Fransa - 12 xal (15-9), Rumıniya - 11 xal (14-10), Azərbaycan - 0 xal (2-18).

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]