Buxarestdə Azərbaycan derbisi - İNTİQAM təqdim edir (AZpress.AZ)

Buxarestdə Azərbaycan derbisi - İNTİQAM təqdim edir (AZpress.AZ)

Buxarestdə Azərbaycan derbisi

 

Rumıniyanın paytaxtı Buxarestdə şahmat üzrə keçirilən və həmyerlilərimiz - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun da iştirak etdiyi "Grand Chess Tour" seriyasının birinci turniri olan "SuperbetChessClassic" keçirilir. Bu gün baş tutacaq 4-cü tur çərçivəsində həmyerlilərimizin qarşılaşması ilə Buxarestdə Azərbaycan derbisi olacaq. Xatırladaq ki, ilk 3 turdan sonra hərəyə 1,5 xal toplayan Məmmədyarovla Rəcəbov müvafiq ardıcıllıqla 3-4-cü yerləri tutur. Bir məqamı da qeyd edək ki, 10 şahmatçının dairəvi sistem üzrə mübarizə apardığı və 9 turdan ibarət olan turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), aNİŞ qİRİ (Hollandiya), Maksim Vaşye-Laqrav (Fransa), Konstantin Lupulesku, Boqdan Dyak (hər ikisi Rumıniya), Aleksandr Qrişuk (Rusiya) və erməni Levon Aronyan iştirak edir.

Turnir cədvəli: Karuana, Dyak – hərəyə 2 xal, Məmmədyarov, Rəcəbov, Qrişuk, So, Aronyan, Lupulesku, hərəyə 1,5 xal, Vaşye-Laqrav, Qiri - hərəyə 1 xal.

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]