Cokoviçlə Nadal "Rolan Qarros"un 14 finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cokoviçlə Nadal "Rolan Qarros"un 1\4 finalında - İNTİQAM təqdim edir (AZpress.AZ)

Cokoviçlə Nadal "Rolan Qarros"un 1\4 finalında

 

Fransanın paytaxtı Parisdə tennis üzrə keçirilən və mükafat fondu 34 367 215 avro təşkil edən "Rolan Qarros" turniri davam edir. "Böyük Dəbilqə" seriyasından olmaqla, qurunt örtüklü açıq kortda keçirilən turnirdə artıq 1\8 final mərhələyə də yekun vurulub. Gözlənildiyi kimi, 1\4 finala çıxanlar arasında dünyanın bir nömrəli raketka ustası olan serbiyalı Novak Cokoviçlə dünyanın 2 nömrəlisi sayılan ispaniyalı tenisçi Rafael Nadal da yer alıb. Maraqlıdır ki, hər iki lider 1\8 finalda İtaliya təmsilçisini üstələyib. Cokoviç 19 yaşlı Lorentso Muzettini məğlub edib. Görüşün ilk iki setində Cokoviçi 6:7 və 6:7 hesabla üstələyən Muzetti növbəti iki setdə bir qeym də olsun qazana bilməyib və meydanı məğlub durumda tərk edib - 6:0, 4:0. Nadal isə 1\8-də Yannik Sinnerdən güclü olub - 7:5|6:3|6:0. Mozetti və Sinnerdən fərqli olaraq, italiyalı digər tennisçi - Matteo Berrettini isə "Tennis Kralı" adını daşıyan Roje Federeri görüş keçirmədən texniki məğlubiyyətə uğradıb. Top-10-da yer alan argentinalı Dieqo Şvartsman da 1\8-ə adlayıb. Turnirə iyunun 13-də yekun vurulacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]