Pandemiya dövrünün məzun attestasiyası necə keçiriləcək?- Çıxışa doğru da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

“Pandemiya dövrünün məzun attestasiyası necə keçiriləcək?- “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

 “Pandemiya dövrünün məzun attestasiyası necə keçiriləcək?”- “Çıxışa doğru”da MÜZAKİRƏ

 

Pandemiya ölkəmizin təhsil sisteminə də təsirsiz qalmamışdır. İlkin mərhələdə təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilməmiş, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlamışlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli 35s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanıb həyata keçirilməsinə başlandı. Nazirlikdə 7/24 saat rejimində fəaliyyət göstərən Qərargah yaradıldı və hər gün hər bir təhsil müəssisəsindən vəziyyətlə bağlı məlumatlar toplandı, ümumiləşdirildi və Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürüldü.

AzTV-nin “Çıxışa doğru” verilişində “Pandemiya dövrünün məzun attestasiyası necə keçiriləcək?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – fəlsəfə üzrə fəlsəfə doktoru, təhsil eksperti Mütəllim Rəhimli, təhsil məsələləri üzrə mütəxəssis Elvin Bədirov, ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru Bayram Aslanov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]