Azərbaycanda oğul atanı qətlə yetirdi

Azərbaycanda oğul atanı qətlə yetirdi

Azərbaycanda oğul atanı qətlə yetirdi

 

Qubanın Rustov kəndində qətl hadisəsi baş verib.

Gecə saatlarında Rustov kənd inzibati ərazi dairəsinin (İƏD) Sofikənd yaşayış məntəqəsində 25 yaşlı oğul Rəvan Ramazanov 51 yaşlı atası Sadıq Ramazanovu balta ilə qətlə yetirib.

 

Hadisə yerinə Quba rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib. Meyit tibbi ekspertiza edilib.

 

Ata qatili olan Rəvanın polisə özünün təslim olduğu deyilir. Rəvan Ramazanov ailənin yeganə oğludur, iki bacısı var.

 

Quba rayon prokurorluğunda cinayət işi açılıb.

 

Modern.az

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]