Bəhruz Həsənov: Molla Nəsrəddin demişkən: külək belə əssə heç nə...

Bəhruz Həsənov: Molla Nəsrəddin demişkən: külək belə əssə heç nə...

Bəhruz Həsənov: Molla Nəsrəddin demişkən: külək belə əssə heç nə...

 

Rüşvət müqabilində saxta Vaksin pasportu hazırlayanlar da, bu pasportu əldə edənlər də, vaksinasiya həyata keçirilərkən müxtəlif bəhanələrlə vətəndaşdan pul qoparmağa çalışan, hətta şərt irəli sürənlər də ciddi qanun pozuntusuna yol verməklə yanaşı, pandemiyanın dayanıqlılığına da ciddi töhfə verirlər.
Vətəndaş məsuliyyətsizliyi və korrupsiya deyə xarekterizə edə biləcəyimiz bu situasiya nəzarətsizlik nəticəsində qol-budaq atır.
Və yaxud özünə partiya sədri deyən hansısa bir məsuliyyətsiz internet resurslarında dövlətin müvafiq əməyini yerlə bir edən populist çıxışlar edir: "ey əhali, vaksindən uzaq durun"
Cəmiyyətin isə fikri haçalanır.
Vaksinin zərərsizliyinə və zəruriliyinə xalqı inandırmaq lazımdır. Çünki xalq sadəcə dövlət qulluqçuları, güc strukturları, ziyalııardan ibarət deyil. İnzibati tədbirlər hər kəsi əhatə etməyə bilər. Bir də bu dövlət əhəmiyyətli məsələ haqqında dezinformasiya yayanların haqsız olduqlarını efir vasitəsilə sübut etmək gərəkdir. Müxtəlif maarifləndirici video çarxlar və s.
Yoxsa, Molla Nəsrəddin demişkən: külək belə əssə heç nə...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]