ADU-nun Konfutsi İnstitutunda Çin Əjdaha qayıq bayramı qeyd edilib

ADU-nun Konfutsi İnstitutunda Çin Əjdaha qayıq bayramı qeyd edilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi Əjdaha qayıq  bayramına həsr olunmuş onlayn tələbə seminar təşkil edib. Bayram Çin müəllif poeziyasının banisi, ölkənin tarixində ilk məşhur lirik şair, Çin mədəniyyətində vətənpərvərlik rəmzi olan – Tsui Yuanın xatirəsinə həsr olunub.


Tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov R.Abbasov düşüncə və fəlsəfi ümumiləşdirmələrlə, böyüklərə hörmət, ailəyə qayğı, dostluq və sədaqət kimi yüksək insani hisslərlə dolu Çin poeziyası haqqında məlumat verib, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın  “Azərbaycan” və “Çin səddi” şeirlərini Çin dilində söyləyib.


Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Əjdaha qayıq bayramın yaranma tarixi və ənənələri barədə danışıb. O, məşhur Azərbaycan şairlərinin Çinə həsr etdikləri əsərlərindən bəhs edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]