Şuşada Azərbaycan və Türkiyə arasında böyük miqyaslı MÜQAVİLƏ İMZALANACAQ

Şuşada Azərbaycan və Türkiyə arasında böyük miqyaslı MÜQAVİLƏ İMZALANACAQ

Şuşada Azərbaycan və Türkiyə arasında böyük miqyaslı MÜQAVİLƏ İMZALANACAQ

 

Azərbaycan və Türkiyə arasında böyük miqyaslı müqavilə Şuşada imzalanacaq.
Ərdoğanın səfəri zamanı müqavilələrin Şuşada imzalana biləcəyi haqda yazmışdıq.
Geniş miqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər.
Ərdoğanın imzalanacaq müqaviləni “Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırması və Şuşadan öncə Füzuliyə gəlməsi bu kontekstdə diqqət çəkir.
Füzulidə hava limanının inşa edilir, il ərzində uçuş-eniş zolağı istifadəyə veriləcək. Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyini və bunun Zəngəzur dəhlizinə yaxın bölgədə - Zəngilanda ola biləcəyini yazmışdıq. Mümkündür ki, bölgə olaraq Füzuli seçilsin.
Birincisi, Füzuli hava limanının inşası daha tez başa çatdırılacaq;
İkincisi, Türkiyənin Füzulidə hərbi mövcudluğu Zəngəzur dəhlizinə coğrafi yaxınlıqla yanaşı, İrandan gələcək biləcək təhlükələrə qarşı da qalxan rolunu oynaya bilər;
Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşməsinin hərbi baza olaraq yox, başqa formada ola biləcəyi də istisna deyil. Əsas məsələ bu mövcudluğun rəsmiləşməsidir. Ərdoğanın Şuşadan öncə Füzuliyə gəlişi Füzuli hava limanının Türkiyə ordusunun istifadəsinə verilə biləcəyi ehtimalı da önə çıxarır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]