Azər Həsrət: Almaniya Azərbaycanla savaşmalı olsaydı çətin ki, qalib gələrdi

Azər Həsrət: Almaniya Azərbaycanla savaşmalı olsaydı çətin ki, qalib gələrdi

Azər Həsrət: Almaniya Azərbaycanla savaşmalı olsaydı çətin ki, qalib gələrdi

 

 “Əgər Almaniya bu münaqişədə Azərbaycana qarşı vuruşmalı olsaydı, çətin ki, şansı gətirmiş olardı.” Bu sözləri Almaniya Müdafiə və Strateji Təlimlər İnstitutunun eksperti, general-leytenant Mixael Karl deyib.

“Bu münaqişə” deyiləndə söhbət Ermənistanla Azərbaycan arasındakı 44 günlük savaşdan gedir. Türkiyənin “Daily Sabah” qəzetinin yazdığına görə, Almaniya ordusu döyüş PUA-larından qorunmaq baxımından çox zəif durumdadır. Halbuki PUA-lar getdikcə daha gərəkli olmağa başlayıb və ötən il Qarabağ savaşında həlledici rol oynayıb.

Alman ekspert onu da əlavə edib ki, əgər əllərində olan imkanlarla belə bir savaşa girmiş olsaydılar özlərini müdafiə etmələri çətin olardı.

Qəzet daha sonra yazır ki, Azərbaycan ötən il Türkiyə və İsrail istehsalı olan dronların hesabına Qarabağ torpaqlarını geri ala bilib.

O da qeyd edilir ki, Türkiyənin “Bayraktar TB-2” və İsrailin “Hermes 900” dronları Bakının üstünlüyünü təmin edib. Bunu nəzərə alaraq Almaniya Ordusu (Bundeswehr) gərəkli texnologiyalardan istifadə etməlidir.

Yazıda o da bildirilir ki, Türkiyə dronları 93 faiz yerli istehsaldır və bu ölkəylə bərabər Azərbaycan, Ukrayna və Qatar ordusunda istifadə edilir.

Göründüyü kimi, dünyanın ən güclü dövlətlərindən birinin hərbi gücünü Azərbaycan kimi kiçik bir dövlətin hərbi gücü ilə müqayisə edirlər. Təsadüfdürmü? Yaxud da əsassızdırmı? Əlbəttə, deyil.

 

Azərbaycan uğuru qeyri-adi hadisə idi


44 günlük müqəddəs savaş günlərində də, ondan sonra da istər Azərbaycanda, istərsə də ölkədən kənarda bu savaşda qazanılan uğurlar qeyri-adi hadisə kimi şərh edilirdi. Bu da təsadüfi deyildi. Çünki Azərbaycan 30 ilə yaxın işğal atında qalmış, bu baxımdan güclü istehkamlar qurulmaqla müdafiə imkanları yüksək olan dağlıq ərazidə savaşırdı.

Yəni işğalçının əlində yetərincə imkan və vaxt olmuşdu ki, mövqelərini möhkəmləndirsin. O baxımdan hətta ən optimist şərhçilər belə Azərbaycanın bu savaşda 10 minlərlə itki verəcəyini, lakin yenə də qələbə çala bilməyəcəyini proqnozlaşdırırdı…

Nəticə nə oldu? Nəticə möcüzə oldu! Bəli, məhz möcüzə! Azərbaycan Ordusu qısa bir müddətə işğalçıların öyündüyü müdafiə xəttini yararaq bir neçə günün içində onu əsas mövqelərdən geri atdı. Bu isə düşməndə ruh düşkünlüyü yaratdı, fərariliyi artırdı. Təsadüfi deyil ki, minlərlə erməni əsgərinin öldüyü bu savaşda ən azı 12 min fərariyə cinayət işi açılıb. İşğalçı orduda kütləvi fərarilik baş alıb getməkdəydi və bu günün özündə də Ermənistan Prokurorluğu onların məsələsinə baxır.

Bu möcüzənin səbəbinə gəlincə, bütün dünya bir anda ayılıb Azərbaycanın qurduğu taktikaya diqqət kəsildi. Hətta NATO üzvü olan dövlətlər, ABŞ belə Azərbaycanın bu uğurlu və gözləniləndən az itki ilə müşayiət edilən savaşını xüsusi olaraq öyrənməyə başladı.

Deyildiyi kimi, Azərbaycanın canlı qüvvə itkiləri 10 minlərlə proqnozlaşdırılırdısa, ağıllı və savadlı savaş taktikası hesabına bu rəqəm 3 min civarında oldu. Başını itirmiş düşmən isə bundan qat-qat artıq itki verərək biabırçı şəkildə qaçmalı oldu.

Türkiyə istehsalı olan “Bayraktar” 44 günlük Vətən savaşının əfsanəsi oldu. Ermənilər cəbhə bölgəsinin ən dərinliklərində belə bu dronların kabusundan qurtula bilmədilər. Bir anda bütün dünyada Azərbaycanın hərbi qüdrətindən danışıldı.

İndi də dünyanın ən güclü iqtisadiyyatlarından birinə sahib olan NATO üzvü Almaniyanın yetərincə peşəkar bir eksperti çıxıb deyir ki, ölkəsi Azərbaycanla savaşmalı olsaydı çətin ki, qalib gələ bilərdi.

Sevinməliyik buna. Bizim cəmi 30 ildir müstəqil olan bu nisbətən kiçik dövlətimiz artıq dünyanın ən böyük dövlətləri ilə müqayisə edilir və onlardan üstün durumda olduğu etiraf olunur. Əlbəttə, söhbət bütün məsələlərdə üstün olmaqdan getmir. Lakin hərbi güc baxımından üstünlüyün özü də az məsələ deyil axı…

Sonda: Bu arada 44 günlük savaşın əfsanələrindən olan məşhur “İtiqovan”ı da unutmayaq…

 

Bayraqdar.info

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]