Məmmədyarov "Superbet Chess Classic"in qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov "Superbet Chess Classic"in qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov "Superbet Chess Classic"in qalibi olub

 

Rumıniyanın paytaxtı Buxarestdə həmyerlilərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da daxil olmaqla 10 zəka sahibinin iştirakı ilə keçirilən və mükafat fondu 325 min dollar təşkil etməklə "Grand Chess Tour" seriyasının birinci mərhələ yarışı olan "Superbet Chess Classic" 9-cu turun partiyaları ilə başa çatıb. Dairəvi sistem üzrə keçirilən turnirin qalibi adını isə azərbaycanlı qrossmeyster Məmmədyarov qazanıb. O, həm də 90 min dollar mükafata sahib çıxıb. Xatırladaq ki, son turda həmyerlilərimizdən biri - tura 5,5 xalla vahid lider kimi qatılan Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla, digər təmsilçimiz - Teymur Rəcəbov isə erməni Levon Aronyanla qarşılaşıb. Həmyerlilərimizin qara fiqurlarla oynadığı hər iki görüş sülh şəraitində başa çatdığından tərəflər hərəyo yarım xalla (0,5) kifayətləniblər. Bununla da aktivindəki xalların sayını 6-ya çatdıran Məmmədyarov birinci, 9 oyundan 4,5 xal toplayan Rəcəbovsa 5-6-cı yeri bölüşüb.

Turnirin yekun cədvəli belədir:: 1. Şəhriyar Məmmədyarov – 6 xal, 2-4. Uesli So,(ABŞ), Levon Aronyan (Ermənistan), Aleksandr Qrişuk (Rusiya) hərəyə 5 xal, 5-6. Teymur Rəcəbov, Aniş Qiri (Hollandiya) - hərəyə 4,5 xal, 7-8. Boqdan Dyak (Rumıniya), Fabiano Karuana (ABŞ) - hərəyə 4 xal, 9-10. Maksim Vaşye-Laqrav (Fransa), Konstantin Lupulesku (Rumıniya) - hərəyə 3,5 xal.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]