Ağcabədidə Ehsan bulağı nın açılışı olub -(AZpress.AZ- İ.Mais, +FOTO=55)

Ağcabədidə “Ehsan bulağı”nın açılışı olub -(AZpress.AZ- İ.Mais, +FOTO=55)

Ağcabədidə “Ehsan bulağı”nın açılışı olub

 

15 iyun 2021- ci il tarixində Ağcabədi rayonunda ikinci Qarabağ savaşında şəhid olmuş Mirəli Hüseynovun xatirəsinə inşa edilən “Ehsa bulağı”nın açılışı olub.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər işçiləri, müharibə veteranları, şəhid ailələrin üzvləri, rayon sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları şəhidin xatirəsinə inşa edilən “Ehsa bulağı”nın önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, şəhid Mirəli Hüseynov Ağcabədi rayonunda 1996- cı il oktyabr ayının 25- də seyid Arif Hüseynovun ailəsində dünyaya göz açıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Mirəli də döyüşə atılıb. O, Vətən müharibəsində Qubadlının, işğaldan azad olunmasında qəhrəmanlıq göstərərək, oktyabrın 28- də şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhidin nəşi Ağcabədi rayon şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Mais Amin AZpress.AZ Ağcabədi

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]