Asəf Quliyev: MİNA XƏRİTƏSİ YOXSA MİNALANMIŞ ƏRAZİLƏRİN XƏRİTƏSİ ?

Asəf Quliyev: “MİNA XƏRİTƏSİ” YOXSA “MİNALANMIŞ ƏRAZİLƏRİN XƏRİTƏSİ”?

Asəf Quliyev:“MİNA XƏRİTƏSİ” YOXSA “MİNALANMIŞ ƏRAZİLƏRİN XƏRİTƏSİ”?

 

Ayın 12-dən Ağdamda basdırılmış minaların xəritəsi 15 erməniyə dəyişdirildi. Və hələ də bu günə qədər bir dənə media orqanı ANAMA mütəxəssisi və yaxud da Müdafiə Nazirliyini istehkamçısı ilə aydınlaşdırmayıb ki, “Mina xəritəsi” və yaxud da “minalanmış ərazilərin xəritəsi” nə deməkdir? Bu xəritələr özündə nəyi ehtiva edir?
Hərdən mənə sual verirlər ki, niyə hələ də Ağdama və azad edilmiş digər bölgələrə getməmisən?
Dostlar məqsəd informasiya əldə etməkdirsə mən Ağdamda, Şuşada Kəlbəcərdə və digər ərazilərdə nə baş verdiyindən xəbərdaram. Hətta çoxlarından fərqli olaraq Stepanakertdə, Əsgəranda da baş verənlərdən xəbərim var. Çoxları kimi bunu erməni mediasından oxumuram...
Qayıdıram mina məsələsinə. Minalanmış ərazilərin xəritəsi özündə nəyi ehtiva edir mən bilirəm. Sadəcə insanları məlumatlandırmaq üçün “görəvli deyiləm”. Qoy azad olunmuş ərazilərdə selfe çəkdirməyə gedənlər özlərinə bir az zəhmət verib bu suala aydınlıq gətirsin:
“Mina xəritəsi” və yaxud da “minalanmış ərazilərin xəritəsi” nə deməkdir? Nəyi ehtiva edir?
Aydındır ki, bu xəritələrin alınması Azərbaycanın uğurudur və sairə və ilaxır... Bunu hamı bilir. Keçin əsas məsələyə.
P.S. Bir də aydınlaşdırmaq lazımdır ki, azad olunan ərazilərdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən basdırılmış minaların xəritəsi varmı?

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]