Teymur Rəcəbov "Grand Chess Tour" ikinci mərhələsində - İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbov "Grand Chess Tour" ikinci mərhələsində - İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbov "Grand Chess Tour" ikinci mərhələsində- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün Fransanın paytaxtı Parisdə "Grand Chess Tour"un ikinci mərhələsinə start verilib. Mükafat fondu 150 min dollar təşkil edən və həmyerlimiz Teymur Rəcəbovun dəvət edildiyi ikinci mərhələ yarışında iştirakçılar 18-20 iyun günlərində rapid, 21-22 iyunda isə blits turnirdə mübarizə aparacaqlar. Reqlamentə görə rapidə iştirakçılar qələıbəyə görə 2, heç-heçəyə görəsə 1 xal qazanacaqlar. Blits turnirdə isə qələbəyə 1, heç-heçəyə 0,5 xal veriləcək. Hər iki yarışda 10 qrossmeyster mübarizə aparacaq. Turnirin qalibi 37.500 dollar mükafata sahib olacaq. Turnirin reytinq favoriti fransalı Maksim Vaşye-Laqravdı (rapid 2860 xal, blits 2822 xal). Teymur Rəcəbov reytinq göstəricisinə görə rusiyalı Yan Nepomniyaşiy (2778\2785), erməni Levon Aronyan (2778\2739) və ABŞ təmsilçisi Fabiano Karuanadan (2773\2711) sonra 5-cidir (2758\2757).
Rapid üzrə turnirin ilk günü 3 tur keçirilib. Startda erməni şahmatçı ilə sülh bağlayan Rəcəbov 2-ci turda fransalı Vaşye-Laqrava uduzub. 3-cü turda isə şahmatçımız iranlı Əlireza Firuzca ilə qarşılaşıb. Yeri gəlmişkən, "Grand Chess Tour"un Buxarestdə (Rumıniya) klassik şahmat üzrə keçirilən və birinci mərhələsi olan "Superbet Chess Classic"in qalibi həmyerlimiz Şəhriyar Məmmədyarov olub.

İNTİQAM Məmmədov
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]