Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub - FOTO

Yeni mənzillə təmin olunmuş şəhid ailəsi ilə görüş olub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ramil Mürşüd oğlu Yusifovun ailəsini ziyarət edib.

 

 

 

 

Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olmuş Ramil Yusifov Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib, Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub. İki övladı olan şəhidin ailəsi Bakının Ramana qəsəbəsində yeni ikiotaqlı mənzillə təmin edilib.


Görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin  rəhbərliyi ilə Ordumuzun əldə etdiyi möhtəşəm Zəfərdən, həmçinin Ramil Yusifovun Vətən müharibəsində göstərdiyi igidliklərdən bəhs edilib.


Agentliyin sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb. O, ailənin yaşayışının hər zaman diqqətdə saxlanacağını vurğulayıb. Şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqlarını da qeyd edib.


Hərbi xidməti dövründə 6 medal və 11 fəxri fərmanla təltif edilən tank komandiri Ramil Yusifov dövlət başçısının Sərəncamı ilə  "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]