Boks üzrə gənclər yığmamız Avropa birinciliyində mübarizə aparırlar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Boks üzrə gənclər yığmamız Avropa birinciliyində mübarizə aparırlar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Boks üzrə gənclər yığmamız Avropa birinciliyində mübarizə aparırlar

 

İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürüb. 8 gün davam edəcək bu yarışa Azərbaycan komandası da qatılıb. Azərbaycan Boks Federasiyasından aldığımız məlumata görə, ölkəmisi bəlli yarışda baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 7 boksçu təmsil edir ki, bu yeddilikdə də Əli Zamanov (52 kq), Masqud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıb. Birinciliyin geridə qalan ilk 3 günündən sonra boksçularımızdan 3-ü - Maqsud Xasmetov, Ruslan Rüstəmov və Mirşərəf Kazımzadə uğurlu döyüş yolu keçərək 1\4 finala çıxıb. Qalan 4 boksçumuz - Əli Zamanov, Cəlal Qurbanov, Sərxan Əliyev və Murad Allahverdiyevsə artıq məğlubiyyətlə üzləşərək cıxışını dayandırıb.

Bir məqamı da qeyd edək ki, Azərbaycanı qitə birinciliyində hakim kimi Fuad Aslanov təmsil edəcək. Çempionat iyunun 24-də başa çatacaq. Yığmamız iyunun 25-də Vətənə dönəcək.

 

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]