Gazelli Art House tamaşaçılara DİALOQ adlı sərgi layihəsini təqdim edir +FOTO=35

Gazelli Art House tamaşaçılara “DİALOQ” adlı sərgi layihəsini təqdim edir +FOTO=35

Gazelli Art House tamaşaçılara “DİALOQ” adlı sərgi layihəsini təqdim edir 

 

Müxtəlif nəsillərin nümayəndələri olan on iki tanınmış Azərbaycan rəssamının rəsm, qrafika və heykəltəraşlıq janrlarinda hazırlanmış əsərləri uydurma dialq konsepsiyası ilə bir araya gətirilib. Bu “Rəssam və Rəssam”, “Ata və Oğul”, “Keçmiş və Müasir" arasında dialoqdur.

Fəlsəfi mənada “Dialoq” insanın dərk etdiyi və konkret reallığın mövcüd olduğu format anlamına gələ bilər. Dialoq nəzəriyyasi çoxsaylı perspektivləri və baxış nöqtələrini anlamaq diskursunu və saysız-hesabsız imkanların yaradılmasını vurğulayır. Dialoq prinsipi, insanların dəyərlərini müəyyənləşdirir və əlaqələndirir, insanlara kompleks məsələlər və problemlərlə bağlı fikirlərini və təcrübələrini bölüşməyə imkan verir. Dialoq müxtəlif stereotipləri təksib edir, etimad yaradır və insanlara öz perspektivlərindən əhəmiyyətli dərəcədə fərqlənən perspektivlərə açıq olmağa imkan verir.

Sərgidə təqdim olunan əsərlərin müəllifləri müxtəlif rəssamlar sülalələrinə mənsubdurlar və bu amil, sərgi layihəsinin konsepsiyasının daha bir aspektini açıqlayır.

Rəssamlar sülaləsi kimi bir fenome, rəssamlıq mədəniyyatin genofondunu formalaşdıran tarixi yaddaş amili olmaqla bərabər, həm də mədəni irsin bir hissəsi sayılır. Rəssamlar sülalələrini yaradıcılıq sevgisini nəsildən-nəslə ötürmək bacarığı və şüurlu ünsiyyət vasitəsi ilə öz sahələrində hərtərəfli biliklərə malik olması ilə yanaşı, həm də yaradıcı empatiyanın incə ruh səviyyəsində, mənəvi baxışdan daha dərin ülfət qabiliyyəti fərqləndirir.

Sərgi ekspozisiyasında müxtəlif əsərlər ilə çıxış edən rəssamlar arasında dialoq mövcüddur. Bu dialoq, insan həyatının və ətraf realliğın son dərəcə mühüm aspektlərinə toxunur. Belə ki, Museyib Əmirov və onun oğlu Arif Əmirov, öz əsərlərində urbanistik mövzuya müraciət edirlər. Burada şəhər və onun sakinləri, təkrarolunmaz, lakin məzmunlu kompozisiyalar ilə tamaşaçının qarşısında dayanır. Heybət
Bayabayev atası Nazim Babayev ilə birgə, öz dialoqlarıda və bəşəriyyat üçün dünyanın mahiyyati ilə bağlı olan ədəbi suallara cavab tapmaqla vəhdət edirlər. Rasim Babayev, oğlu Elnur Babayev ilə birlikdə, öz əsərləri ilə qədim milli ənənələrin və əfsanələrin yenidən dərk edilməsinə əsaslanan müasir epos yaradırlar. Bütünay Haqverdiyev və onun atası Ucal Haqverdiyev peyzajın vizual tematikasında öz
dialoqlarınını aparır, Abşeron və Azərbaycanın digər regionlarının səciyyəvi mənzərələrinə müraciət edirlər. Nazim Rəhmanov, oğlu Fərəc Rəhmanov ilə birgə öz yaradıcılığında vahid bədii obrazın
yaradılmasına müraciət ediblər. Rəssamların bu əsərdə düşünülmüş mövzusu, məhz bu obraz vasitəsilə üzə çıxır. Şahin Talışxan və onun atası Tələt Şıxəliyev arasındaki dialoqun əsas mahiyyati, həyat paradiqmasının dərk edilməsindən, yaradıcı şəxsiyyətin daxili durumları və emosional həyəcanlarına diqqət yetiriməsindən ibarətdir.

İnsan mövcudluğunun mənası, əhəmiyyətli dərəcədə son və ideal nəticə kimi, həqiqət axtarışı məqsədlə diqər şəxsiyyətlə ünsiyyət vasitəsilə müəyyən edilir. Bu layihədə dialoq formatı müəlliflərin müstəqil səslərinin eyni vaxtda uyğunluğu və inkişafına əsaslanan və sərgidə təqdim olunan bədii əsərləri nümunəsində aşkara çıxan polifoniya yaradır.


Curator: Sabina Şıxlinskaya

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]